Bazar ertəsi , İyul 27 2026
azfa

İran rejimi azərbaycanlı fəal Məhəmməd Mahmudi cərimələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Təbrizdıki Cinayət Məhkəməsinin 122-ci şöbəsi azərbaycanlı milli-mədəni fəal Məhəmməd Mahmudini bir illik həbs cəzası üçün 6 milyon tümən, şallaq cəzası üçün isə 1 milyon tümən cərimələdi. Fəal beləliklə milli-mədəni fəaliyyətlərinə görə məhkum edildiyi həbs və şallaq zərbəsinı nağı pul cəiməsi ilə ödəməli olacaq.

Azərbaycanlı fəal iyul ayı etirazları zamanı Təbriz şəhərində irqçi fars rejimin məmurları tərəfindən yaxalanmış, iyulun 26-da isə 30 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Qeyd edək ki, iyulun 24-də Güney Azərbaycanın Təbriz şəhərində əl-Əhvaz etirazlarına dəstək mitinqi keçirilib. İran rejimi etirazlar zamanı çox sayda azərbaycanlı fəalı həbs edib.

Həmçinin yoxlayın

ABŞ İranda etirazçıların edamlarının dayandırılmasını istədi

GADTB: ABŞ Dövlət Departamenti İranda etirazçılara qarşı tətbiq olunan edam cəzalarını tənqid edərək, siyasi məhbusların …

İsrailin sabiq baş naziri: İranla müharibə zamanı internetə çıxışın davamlılığını təmin etməli idik

GADTB: “Ynet” nəşrinin məlumatına görə, İsrailin sabiq baş naziri Naftali Bennett İsrail Milli Təhlükəsizlik Araşdırmaları …