Cümə axşamı , Oktyabr 29 2026
azfa

Türkiyə Yunanıstana başqa bayraq altına sularına daxil olmasına sərt xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə və Şimali Kiprin Aralıq dənizinin şərq hissəsi ilə bağlı mövqeyini görməzdən gəlməklə nəticə əldə etmək olmaz.

Bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay deyib.

“Yunanıstan və Cənubi Kipr rəhbərliyi Malta bayraqlı gəmi ilə daxili sularımızda araşdırma aparmağa cəhd göstərir. Bir daha xəbərdarlıq edirik. Aralıq dənizində rotasını itirən cavabını alar. Kimlə əməkdaşlıq edirlərsə etsinlər. Ancaq sığındıqlarına inanaraq Türkiyəyə qarşı səhv addım atmağa çalışmasınlar. Tarixdə olduğu kimi, bu gün də, gələcəkdə də alacaqları cavabı çox yaxşı bilirlər”, – F.Oqtay bildirib.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …