Bazar ertəsi , May 11 2026
azfa

İranla Ermənistan “Aryan Yeməkləri” Festivalı keçirmək üçün danışıqlar aparır

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, bunu “Erməni kulinariya ənənələrinin inkişafı və qorunması” təşkilatının sədri Sedrak Mamulyan deyib.

Festivalın 2022-ci ilin mart ayında baş tutacağı və hər il keçiriləcəyi nəzərdə tutulur. Erməni tərəfi festivalın bir il Ermənistanda, bir il İranda keçirilməsini təklif edib.

Qeyd edək ki, İran və Ermənistan arasında özəlliklə son dövrlərdə siyasi, ictimai, mədəni, ticarət sahələrində əhəmiyyətli əməkdaşlıq gözə çarpır. Son olaraq “aryan yeməkləri” adlı festivalın keçirilməsi üçün danışıqların aparılması da bu əlaqələrin nə qədər dərin olduğunu göstərir. Bu halda İran hökuməti özlərinin ermənilərlə eyni kökdən olduqlarını da qəbul etmiş olur. Demək, İran-Ermənistan arasındakı “səmimi” dostluq və “qardaşlığ”ın səbəbi də elə eyni köklərdən gəlmələri imiş.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …