Çərşənbə , İyun 24 2026
azfa

Qərb ölkələrinin davamında Avstraliya, Yaponiya və Kanada da Rusiyaya sanksiya tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Rusiya Təhlükəsizlik Şurasının 8 üzvü və bəzi qurumlara qarşı sanksiya tətbiq etmək qərarına gəlib.

Avstraliyanın Baş naziri Skott Morrison Ukraynanın şərqində Rusiya tərəfdarı separatçıların qondarma administrasiyalarını rəsmən tanıyan Rusiyaya qarşı tətbiq olunacaq sanksiyaların müzakirə edildiyi Milli Təhlükəsizlik Şurasının iclasından sonra qəbul edilən qərarlarla bağlı açıqlama verib.

Morrison bildirib ki, ölkəsi Rusiya Milli Təhlükəsizlik Şurasının 8 üzvünə səyahət qadağası və maliyyə sanksiyaları tətbiq edəcək.

“Rusiyanın Ukraynanı işğalının fəal olaraq başladığını” qeyd edən Morrison Rusiya dövlət bankı və digər əlaqəli banklara da sanksiyaların tətbiq ediləcəyini bildirib.

Morrison qeyd edib ki, daha geniş sanksiyalar Ukraynanın separatçı Donetsk və Luqansk bölgələrində telekommunikasiya, neft, qaz və hərbi ehtiyatlar da daxil olmaqla bir çox sektorlarda kapitala çıxışı olan qurumlara şamil ediləcək.

Rusiyanın Ukraynanın şərqindəki Rusiya tərəfdarı  separatçıların administrasiyalarını rəsmi olaraq tanımaq qərarından sonra Yaponiya bir sıra iqtisadi sanksiyalarla bağlı qərarlar qəbul edib.

Baş nazir Kişida Fumio keçirdiyi mətbuat konfransında qondarma inzibati bölgələrdən olan rəsmi məmurlara vizaların verilməsinin dayandırılacağını və onların aktivlərinin dondurulacağını açıqlayıb.

Kişida əlavə edib ki, bu bölgələrə idxal və ixrac dayandırılacaq, yeni Rusiya istiqrazlarının Yaponiya daxilində ticarəti qadağan ediləcək.

Rusiyanın “Ukraynanın ərazi bütövlüyünü və beynəlxalq hüququ pozan hərəkətlərini” bir daha “qınadığını” bildirən Kişida “Rusiyanı dalana dirənmiş vəziyyətdən diplomatik təcrübələr vasitəsilə həll etmək səylərinə qayıtmağa çağırırıq” ifadələrdən istifadə etmişdir.

Kanada da Ukraynanın şərqindəki separatçıların qondarma administrasiyalarını tanımaq və bölgəyə qoşun göndərmək qərarına cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Kanadanın baş naziri Castin Trüdo keçirdiyi mətbuat konfransında bildirib ki, iqtisadi sanksiyaların ilk mərhələsində kanadalılara Rusiya prezidenti Vladimir Putin tərəfindən tanınan separatçı bölgələrlə bütün maliyyə razılaşmaları qadağan ediləcək.

O, həmçinin qeyd edib ki, sanksiyalar Rusiya parlamentinin separatçı zonaları tanımağa səs verən üzvlərini də hədəf alacaq və kanadalılara Rusiya dövlət istiqrazlarını almağı qadağan edəcək.

“Rusiyanın təkəbbürlü təxribatları dünyada təhlükəsizliyə və sülhə təhdiddir” deyən Trüdo bildirib ki, Kanada “Rusiyanın təcavüzü” qarşısında NATO-ya dəstək vermək üçün Latviya və ətraf regiondan əlavə 460-a qədər Kanada Silahlı Qüvvələri üzvünü göndərib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbriz Maşınqayırma Qrupunun 1600 işçisi ödənilməmiş əmək haqlarına görə tətilə başlayıb

GADTB: Təbriz Maşınqayırma Qrupu müəssisəsinin 1600 işçisi çərşənbə axşamı, 2 tir tarixində əməkhaqlarının ödənilməməsinə etiraz …