Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Rusiyanın Ukraynaya hərbi təcavüzü barədə bildirişi

GADTB: Rusiyanın Urkraynaya gözlənilən hərbi təcavüzü başladı. Putinin böyük Rusiya barədə sayaqlayıb, Belarusiya ilə birlikdə Ukraynaya hərbi təcavüzü onun bölgədə bütün  respublikaları işğal etmə niyyətindən xəbər verir. Putinin bu imperiya siyasəti onun Gürcüstana, Ukraynaya, Qazaxıstana qoşun yeritməsi ilə artıq sübuta yetrilib. Sözsüz ki, Rusiya Ukraynanı işğal etsə, bunu regionun başqa respublikalarının da üzərində sınayacaq. Qazaxıstan, və hətta Azərbaycan da bundan sığortalanmayıb. Onsuz da yarısı türk torpağı olan Rusiya indi də Ukraynanı işğal etməklə daha sonra başqa respublikaları, o cümlədən türk respublikalarını işğal etməyi planlaşdırır.

Rusiyanın əhalisi azaldığı, iqtisadiyyatı çökdüyü üçün başqa respublikaları işğal etmə hesabına özünü dünyanın super gücü kimi saxlamağı planlaşdırır.

Qərbin isə rus təhlükəsinə hələ orta əsrlərdən göz yumması nəticəsində ruslar türk torpaqlarını tədrici işağal və assimilyasiya üsulu ilə bu gün dünyada belə işğalçı və dağıdıcı imperiya kimi medana gəlməsinə şərait yaratmışdır. İndi də Qərbin və NATO-nun Rusiyanın dağıdıcı imperiya siyasəti qarşısında acizlik göstərməsi dünyanı, xüsusilə regionu böyük təhlükə qarşısında qoymaqdadır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Rusiya və Belarusun birlikdə Ukraynaya hərbi təcavüzünü pisləyib və işğalçıların dərhal Ukrayna ərazisindən çıxmasını tələb edir. GADTB Ukrayna dövləti və xalqının yanında olduğunu bildirir və inanır ki, Ukrayna dövləti və xalqının bu təcavüzdən üzüaçıq çıxacaq. Rus işğalçı dövlətinin çökdürülməsinin təkcə yolu isə millətlərin rus imperiyasına qarşı birləşməsindən keçir. Bu istiqamətdə isə Ukraynanın rus işğalına qarşı durması artıq prosesin başlandığını göstərir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi TÜRKSOY-un baş ofisində keçirildi

GADTB: Mərkəzi Azərbaycanın paytaxtı Bakı şəhərində olan Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi …

Molla rejimi Güney Türkmənistanın etnik tərkibini dəyişməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Türkmənistanın etnik tərkibini dəyişməyə …