Cümə axşamı , Avqust 20 2026
azfa

Ukrayna Rusiyanın 9166 hərbçisini, çox sayda hərbi texnikasını məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rus ordusu Ukraynaya hərbi müdaxilə nəticəsində bu günə qədər 9166 hərbçisini itirib. Bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, rus ordusunun indiyə qədər 251 tankı, 939 zirehli maşını məhv edilib:

“Bundan başqa, düşmən 105 artilleriya sistemi, 50 reaktiv sistem, 18 hava hücumundan müdafiə, 33 təyyarə (sayı dəqiqləşdirilir), 37 helikopter, 2 kater, 60 sistern yanacaqla birgə, 3 PUA və 404 avtomobil texnikası itirib”.

Həmçinin rus ordusunun daha 4 Piyada Döyüş Mmaşını, 2 tankı məhv edildi.

Brovarov istiqamətində Rusiya ordusunun 4 PDM, 2 tankı məhv edilib, 1 PDM isə qənimət götürülüb.

 “Rus ordusu texnikalarını sakinlərin evlərində gizlədir. Mağazaları talan edirlər. Rusiya öz maşınlarının metal parçasına döndüyünü görür və bilir ki, onu da eyni aqibət gözləyir”, – məlumatda qeyd olunub.

Rusiyanın Zaporojye AES-nı ələ keçirdiyi bildirilir.

Zaporojye Atom Elektrik Stansiyasının yerləşdiyi ərazi Rusiya Federasiyasının hərbi qüvvələri tərəfindən ələ keçirilib. Bu barədə Ukraynanın Dövlət Nüvə Tənzimləmə Qurumu məlumat yayıb.

“Zaporojye AES-in enerji blokları toxunulmaz olaraq qalır, hazırda radiasiya vəziyyətində heç bir dəyişiklik qeydə alınmayıb. 1 nömrəli enerji blokunun reaktor bölməsinin binasında zədələr var ki, bu da enerji blokunun təhlükəsizliyinə təsir göstərmir. İstismar heyəti enerji bloklarının vəziyyətinə nəzarət edir və onların təhlükəsiz istismarı üçün texnoloji reqlamentlərin tələblərinə uyğun işləməsini təmin edir” – məlumatda deyilir.

Qeyd edək ki, martın 4-nə keçən gecə Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasının yerləşdiyi ərazini atəşə tutub, nəticədə AES ərazisində yanğın baş verib. Kiyev vaxtı ilə saat 06:20-yə olan məlumata görə, xilasedicilər yanğını söndürüblər.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …