Cümə axşamı , Aprel 30 2026
azfa

Rafael Qrossi: İran və beynəlxalq agentlik hər hansı nəticə əldə etməsə, nüvə anlaşmasının bərpası çətin olacaq

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) sədri Rafael Qrossi Tehrana səfəri zamanı bildirib ki, bu ölkə beynəlxalq agentliklə təhlükəsizlik təminatı məsələlərində razılığa gəlməsə, nüvə anlaşması çətin olacaq.

Bu barədə Rafael Qrossi martın 5-də Tehrana səfəri çərçivəsində İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami ilə birgə mətbuat konfransında məlumat verib.

“Bu müddət ərzində mənim cənab İslami ilə davamlı görüşlərim olub. Bir neçə konkret məsələ var ki, uzun müddətdir həllini tapmayıb və bunları aydınlaşdırmağa ehtiyac var. Əvvəllər bu barədə uğur qazana bilməmişik, ona görə də bu məsələyə praqmatik yanaşmağa çalışdıq”, – Qrossi vurğulayıb.

Məhəmməd İslami isə bu barədə qeyd edib: “Biz belə bir nəticəyə gəldik ki, İranla beynəlxalq agentlik arasında mübadilə edilməli olan sənədlər ən geci iyun ayına qədər həyata keçirilməlidir”.

Həmçinin yoxlayın

Marağalı şair Barişmaz təxəllüslü Heydər Abbasi vəfat edib

GADTB: Azərbaycanlı şair Heydər Abbasi (Barişmaz) 83 yaşında Marağa şəhərində vəfat edib. Məlumata görə, 1322-ci …

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …