Çərşənbə , Oktyabr 21 2026
azfa

Putin Lukaşenko görüşünün nəticəsi; Məqsədli təxribatla Belarus Ukraynaya hücuma keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya və Belarus diktatorları Putin və Lukaşenkonun görüşünün anlaşmasına uyğun olaraq Belarusun da Ukraynaya hərbi təcavüzüz məqsədilə rus təyyarələri Belarusun sərhəd ərazilərini atəşə tutub.

Ukrayna Silahlı Qüvvələrinin Komandanlığı yaydığı məlumatda bildirilir ki, Rusiya təyyarələri Belarusun Silahlı Qüvvələrini müharibəyə cəlb etmək üçün Ukrayna ilə sərhəddə yerləşən Belarus yaşayış məntəqəsini atəşə tutub.

Məlumata görə, Rusiya aviasiyası bu məqsədlə Ukrayna-Belarus sərhədi yaxınlığında yerləşən Kopani qəsəbəsinə hava zərbəsi endirib.

“Bu, təxribatdır. Məqsəd Belarus Silahlı Qüvvələrini Ukrayna ilə müharibəyə cəlb etməkdir”, – məlumatda deyilir.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …