İranda şovinistlər Təbriz üzərindən Azərbaycan və Türkiyəyə qarşı təbliğatı gücləndirib

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran rejiminin mətbuatı iki gün öncə İranın Təbrizdən İraqın Ərbil şəhərinə raket atmasını Azərbaycan və Türkiyəyə qarşı iyrəncə təbliğata çeviriblər. İran mətbuatı İraqın Ərbil şəhərinə edilən raket hücumunun Təbrizdən atıldığını xüsusi vurğulayır.

Fars şovinistləri bundan Azərbaycan və Türkiyəyə qarşı təbliğat vasitəsi kimi istifadə etməyə başlayıb. Tehranda nəşr edilən “Vətən-e Emruz” qəzeti Türkiyə XİN-in Ərbilə raket hücumunu pisləyən bəyanatına toxunub.

Qəzet “Türkiyə Xarici İşlər Nazirliyi İranın Mossad-a qarşı qısas hücumunu qəbuledilməz hesab edib” yazıb. Nəşr “Təbrizdən açılan atəş Ərdoğanı titrətdi” başlığı ilə verdiyi məlumatda, Təbrizdən buraxılan raketlərin Türkiyə və Azərbaycan respublikaları üçün “mesaj” olduğunu iddia edib.

SEPAH-a bağlı “Mashregnews” qəzeti də “Raketlərin Kermanşahdan deyil, Təbrizdən buraxılması yetərincə açıq mesaj verə bildi, yoxsa izah edək?” başlıqlı xəbərə Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli rayonunda İsrail istehsalı olan “Harop” pilotsuz uçuş aparatı ilə çəkdirdiyi fotosunu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail prezidenti ilə çəkdirdiyi fotonu əlavə edib.

Qeyd edək ki, bazar günü gecə saatlarında İraqın şimalındakı Ərbil şəhərinə raket zərbələri endirilib və “Fateh-110” balistik raketlərinin Təbrizin ətrafında yerləşən raket buraxılış bazalarından birindən atıldığı iddia olunur.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …