Çərşənbə , Oktyabr 28 2026
azfa

Ukrayna ordusu daha bir neçə yaşayış məntəqəsini azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 24-də Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsini azad edib. Bu barədə UNİAN məlumat yayıb.

Bildirilib ki, Ukrayna hərbçiləri Zaporojye vilayətində Malinovka kəndini işğaldan azad edib. Eyni zamanda, Lyubimovka və Novozlatopol kəndi də Ukraynanın nəzarəti altına keçib.

Qeyd edək ki, daha öncə Ukrayna ordusunun Kiyevin şimalında rus işğalçılarını 25-35 km geri çəkilməyə məcbur etdiyi barədə məlumat verilmişdi. Həmçinin Ukrayna ordusunun İrpin şəhərini azad etdiyi bildirilir.

Həmçinin yoxlayın

Qrossidən BMT-də İranın dünyaya yaratdığı nüvə təhlükəsi barədə ciddi xəbərdarlıq: Silah səviyyəsinə yaxın zənginləşdirilmiş 440 kiloqram uranın taleyi hələ də məlum deyil

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi 2026-cı il aban ayının 5-də, …

Məkkə Sazişi Türkiyə Böyük Millət Məclisindən keçib

GADTB: Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Məkkə Müdafiə İttifaqı ilk qanunvericilik mərhələsindən – …