Çərşənbə , Oktyabr 28 2026
azfa

ABŞ İranın hərbi rəsmilərinin Dohada keçirilən müdafiə sərgisində iştirakından narahatdır

GADTB-nin Mətbuat Mərkəzinin Azad İran”a istinadən yaydığı məlumata görə, ABŞ ötən gün İslam İnqilabı Keşikçilər Korpusunun zabitlərinin Qətərin paytaxtı Dohada keçirilən müdafiə sərgisində iştirakından narazılığını bildirib.

Dövlət Departamentinin sözçüsü Ned Prays yaydığı bəyanatda deyib: Amerika İranın hərbi rəsmilərinin və SEPAH-ın zabitlərinin bu sərgidə iştirakından dərindən narahat və məyusdur.

“Biz iranlıların dəniz müdafiəsi sərgisində iştirakını tamamilə yanlış hesab edirik, çünki Körfəz bölgəsində dənizin sabitliyinə ən böyük təhdid sayılan məhz İrandır”-o,  əlavə edib.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …