Şənbə , Avqust 22 2026
azfa

İran rejimi Azərbaycanlı xanım fəala qarşı təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın Kərəc şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Xədicə (Turan) Hejəbriyə qarşı ciddi təzyiq göstərməkdədir.

O martın 30-da şəxsi sosial media hesabındakı paylaşımında İranın ETTELAAT qüvvələrinin özü və ailəsinə qarşı basqıları artırdığını yazıb.

Azərbaycanlı xanım fəal yaşadıqları binanın avtomobil parkından həyat yoldaşının taksi kimi istifadə etdiyi şəxsi avtomobillərinin oğurlandığını, sonradan avtomobilin yararsız qalıqlarının polis tərəfindən onlara verildiyini deyib.

Fəalın yazdığına görə, ailəsinin polisə müraciətləri nəticə verməyib və bundan öncə baş verən başqa hadisələrə görə, bu hərəkətin İranın ETTELAAT məmurları tərəfindən onlara qarşı növbəti təzyiq olduğu bildirilir.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …