Çərşənbə , Oktyabr 28 2026
azfa

Terrorçu Sepah bölgədə sabitliyi pozan hərəkətlərinə davam etdirəcəyini bildirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın  terror təşkilatı -Sepah yaydığı bəyanatda atom danışıqlarında bu hərbi qurumlarla bağlı aparılan müzakirələrə münasibət bildirib.

Terror təşkilatı raket proqramı və məntəqədə terror təşkilatlarına dəstək verməklə sabitliyi pozmağı hədəfləyən addımlarını dayandırmayacaqlarını bəyan edib və bunu “İranın qırmızı xətti” adlandırıb.

Amerikaya qarşı sərt sözlər işlədən Sepah terror təşkilatı sonda “düşmənlər”i də “təhdid edib” və hər hansı bir bölgədə onlar tərəfindən İrana qarşı “səhvə yol verilərsə”, buna cavab verəcəklərini iddia edib.

Qeyd edək ki, Trampın prezidentliyi dövründə Sepah Amerika tərəfindən terror təşkilatları siyahısına əlavə edilib. İran hər vəchlə atom danışıqlarında bu hərbi qurumu həmin siyahıdan çıxarmağa çalışır. Lakin bölgə ölkələrinin əksəriyyəti “Sepah”ın terror təşkilatları siyahıdan çıxarılmasına qarşı olduqlarını bildirirlər.

Həmçinin yoxlayın

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Qrossidən BMT-də İranın dünyaya yaratdığı nüvə təhlükəsi barədə ciddi xəbərdarlıq: Silah səviyyəsinə yaxın zənginləşdirilmiş 440 kiloqram uranın taleyi hələ də məlum deyil

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi 2026-cı il aban ayının 5-də, …