Cümə axşamı , Oktyabr 29 2026
azfa

Sulduzda azərbaycanlıların soyqırımının ildönümü

GADTB: 1979-cu ilin aprel ayında Güney Azərbaycanın Sulduz şəhərində terrorçu kürdlər Azərbaycan türklərinə qarşı dəhşətli soyqırım törədiblər.

Sulduzun 75 min əhalisinin böyük əksəriyyəti Azərbaycan türküdür. Qətliam törədilən vaxt isə yalnız şəhər əhalisinin 4 faizi mühacir kürdlərdən idi. Kürdlərin sayının az olmasına baxmayaraq irqçi fars rejim şəhərin adını dəyişdirib Nəqədə adlandırmışdır.

Kürdlər vaxtilə kürdləşdirdiyi Azərbaycanın Soyuqbulaq (son onilliklərdə dəyişdirilib Mahabd adlandırılmışdır) şəhərindən və başqa yerlərdən Sulduza hücuma keçib bu şəhərdə 1979-cu ilin aprel ayında dəhşətli soyqırım törətdilər. İranda Şah hakimiyyətnin devrildiyi bir vaxtda ölkədə vəziyyətin gərginləşməsi kürd separatçı terrorçularının Sulduzda qətliam törədərək şəhəri azərbaycanlı əhalidən təmizləmək cəhdinə səbəb olmuşdu.

Kürd terrorçuları siyasi partiya adı altında İran adlanan ölkədə çevrilişdən istifadə edərək, hərbi bazaları qarət edib və ağır-yüngül silahlarla Sulduz şəhərində toplanmağa başladılar. Onların məqsədi Azərbaycan torpaqlarının içinə daha çox nüfuz etmək, habelə xəyali böyük Kürdüstan üçün işləm olmuşdur. Azərbaycanlıların silahsız olaraq hücuma məruz qalması çox böyük itkiyə səbəb olmuşdu. Kürd terroristlərinin cinayətkarlığı inanılmaz faciələrə səbəb olmuşdur. Kürdlər uşaq, qadın, qoca demədən hamını öldürüblər və cənazələrini doğrayıblar. Təxminən 10 gün çəkən hüculara, Urmiya şəhərinin daha sonra imam cüməsi olan Molla Həsəni vasitəsilə, hərbi qurumların Sulduza daxil olması son qoymuşdur. Qeyd etmək lazımdır ki, Sulduz şəhəri ilə birlikdə ətraf kəndlərdə Kürd terrorizmindən ağır zərbə almışdır və çox böyük itki vermişdir. Qətliam nəticəsində 2000-dən çox insan qətl edilmiş, yüzlərlə insan yaralanmışdır.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …