Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Təbrizdə təqaüdçülər yenidən etiraz aksiyası keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbrizdə təqaüdçülər yenidən etiraz aksiyası keçirib.

Aprelin 24-də təqaüdçülər yenidən etiraz aksiyası keçirməklə, bundan öncə uzun müddətdir irəli sürdükləri istəklərinin yerinə yetirilmədiyini bildiriblər.

Etirazçılar Təbrizdə Şərqi Azərbaycan Sosial Rifah İdarəsinin qarşısına toplaşmaqla “Nə məclis, nə dövlət xalqı düşünmür” və s. şüarlar səsləndirib, İran dövlətinə öz etirazlarını bildiriblər.

Təqaüdçülər əmək haqqı və təqaüdlərin aşağı olmasından, əlavə sığorta problemlərindən və həyat şəraitinin pis olmasından şikayətlənib, inflyasiya ilə onların təqaüdlərinin uyğun olmadığını deyiblər.

Həmçinin yoxlayın

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

GADTB: Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb. Mətbuatda tatılan məktubun mətnini təqdim …

Tramp İranın basdırılmış uranı haqqında: Bütün obyektləri nəzarətimiz altındadır, hər hansı bir hərəkət görsək, nə edəcəyimizi bilirik

GADTB: ABŞ prezidenti Donald Trampdan İslam Respublikasının ABŞ geri çəkildikdən sonra bir neçə ay ərzində …