Çərşənbə , May 6 2026
azfa

İranın Güney Türkmənistana köçürdüyü zabollular yerli türkməni öldürdülər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Güney Türkmənistanda əhalinin tərkibini dəyişmək məqsədilə buraya köçürdüyü zabollular yerli türkməni öldürdülər.

Gülüstan əyaləti Polis İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin sədri polkovnik Əlirza Nəsiri bu barədə mediaya açıqlama verib.

Nəsirinin sözlərinə görə, silahlı qarşıdurma nəticəsində türkmən vətəndaşlardan biri Nurməhəmməd Qarabaş aldığı güllə yarası nəticəsində həyatını itirib, 18 nəfər isə yaralanıb.

O, 9 nəfərin yaxalamdığını və hadisəyə səbəb olan başqa şəxslərin yaxalanması üçün əməliyyat tədbirlərinin davam etdirildiyini bildirib.

Silahlı qarşıdurma türkmənlərin yaşadığı Yelmə Salyan və zabolluların köçürüldüyü İttihad kəndlərinin sakinləri arasında su mübahisəsinə görə baş verib.

Qeyd edək ki, İran rejimi Güney Türkmənistanda türkmən əhalinin tərkibini dəyişdirib, onları assimilyasiyaya uğratmaq məqsədilə zabolluları Sistan-Bəlucistan voilayətindən bu bölgəyə köçürüb.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …