Şənbə , Oktyabr 24 2026
azfa

Ukrayna Bayraktarla rusların komanda məntəqəsi və yanacaq kolonunu məhv etdi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri rus hərbçilərinin ələ keçirdiyi İlan adasında “Bayraktar TB-2” PUA-sı ilə hücum edərək onların komanda məntəqəsini darmadağın edib. Bu barədə “Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb.

Bildirilib ki, hərbçilər “BayraktarTB-2” PUA-larının köməyi ilə döyüş sursatlarını və komanda məntəqəsini vurublar.

Mayın 2-də səhər saatlarında ukraynalı müdafiəçilər Zmiiny adası yaxınlığında rusların iki katerini məhv ediblər .

Aprelin 30-da Ukrayna qoşunlarının Zmiinydə Rusiya ordusunun hədəflərinə hücumu nəticəsində 3 zenit , “Strela-10” zenit-raket kompleksi və rabitə vasitəsi və telekommunikasiya avadanlığı olan server məhv edilib.

Həmçinin Ukrayna Silahlı Qüvvələri Xarkovda Rusiya ordusunun yanacaq daşıyan kolonunu məhv edib. Bu haqda “Ukrayna Xəbərləri” Teleqram kanalı videogörüntü paylaşıb.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …