Cümə , İyun 26 2026
azfa

İrqçi fars rejiminin Heyran gədiyində quraşdırdığı tablolar azərbaycanlı fəallar tərəfindən dağıdıldı –Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar irqçi fars rejimi tərəfindən Ərdəbil vilayətində yerləşən Heyran gədiyinin Azərbaycandan qoparılması məqsədilə quraşdırlan tabloları dağıdıblar. Bu məqsədlə fəallar mart ayının 24-də Heyran gədiyində yerləşdirilən tabloları çıxarıblar.

Məlumata görə, Güney Aszərbaycanın Ərdəbil vilayətində yerləşən Heyran gədiyinin Azərbaycanın ayrılmasına cəhd Azərbaycan türk millətinin kəskin etirazı ilə qarşılanıb. Quraşdırılan əksər lövhələrin üzərindəki yazılar azərbaycanlı fəallar tərəfindən silinərək oxunulmaz hala salınıb, tabloların bir neçəsi isə yerindən çıxarılıb. Azərbaycanlı milli-mədəni fəallar “Azərbaycana xoş gəlibsiniz” cümləsini əks etdirmək üçün lövhələrdəki “Gilan vilayəti” sözünün üzərinə Azərbayhcan bayrağını yapışdırıblar.

Qeyd edək ki, Novruz bayramı münasibətilə irqçi fars rejimi tərəfindən Heyran gədiyi məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə təxminən 15 lövhə quraşdırılıb. Bundan məqsəd isə Heyran gədiyinin Azərbaycandan ayrılaraq Gilana birləşdirilməsidir. Əslində keçmiş pəhləvi fars rejimində Azərbaycan ərazisi olan Astaradan Ənzəliyə qədər böyük bir ərazi Azərbaycandan qoparılaraq Gilan vilayətinə birləşdirilib.

Həmçinin yoxlayın

ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər

GADTB: ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib ki, İsveçrədəki danışıqların əsas nəticələrindən biri gələcəkdə eskalasiyanın …

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

Bir cavab yazın