İsrail İranın terrorçulara verdiyi 3 PUA-nı vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail hakimiyyəti Aralıq dənizinin mübahisəli bölgəsində qaz qurğularından birinə doğru hərəkət edən İranın terrorçu qruplaşma olan Hizbullaha verdiyi üç pilotsuz təyyarəni vurduqlarını bildirib. Bu barədə BBC məlumat yayıb.

Hərbi rəsmilər bildirirlər ki, pilotsuz təyyarələr Livandan buraxılıb. Onlar döyüş təyyarələri və gəmiyə quraşdırılmış raketlərin birləşməsi ilə vurulub.

Hizbullah qısa açıqlama verərək pilotsuz təyyarələri işə saldığını təsdiqləyib.

İsrail və Livan arasında Kariş qaz yatağına sahiblik məsələsində gərginlik artıb.

ABŞ-ın enerji elçisi Amos Hochstein uzun müddətdir davam edən mübahisəni həll etmək üçün iki ölkə arasında vasitəçilik edir. İsrail yatağın BMT tərəfindən tanınan eksklüziv iqtisadi zonasında olduğunu deyir, lakin Livan da onun bəzi hissələrinə iddia edib.

Hizbullah kəşfiyyat uçuşu çərçivəsində qazma qurğusunu hədəf aldığını bildirib.

“Missiya yerinə yetirildi və mesaj alındı”, – məlumatda deyilir.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …