Çərşənbə , Oktyabr 28 2026
azfa

Ermənilərlə İranın Azərbaycana qarşı ortaq təxribatı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terrorçu Sepah-ı ilə erməni faşistləri ortaq mövqedən Azərbaycanın suverenliyinə qarşı təxribat törədirlər.

İranın terrorçu Sepah-ı Azərbaycan Respublikasını İranın Şimali Azərbaycan vilayəti kimi təqdim etməsindən fərhlənən faşist erməni İranşünası Voskanyan deyib: “İranın “Telegram” kanalında “Azərbaycan Respublikası” deyil, “Şimali Azərbaycan vilayəti” ifadəsi işlədilib”.

İrəvan Universitetinin İranşünaslıq kafedrasının müdiri Vartan Voskanyan deyib: “İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadına bağlı “Telegram” kanalı İranın hərbi texnikasının Azərbaycanla sərhədə doğru hərəkətinin videosunu paylaşıb”.

İran pulları ilə azğınlaşmış erməni “professor” cəfəng açıqlamasına belə davam edib: “Video ilə yanaşı qeyddə bu “süni varlığın” rəsmi adı “Azərbaycan Respublikası” deyil, “Şimali Azərbaycan” vilayəti kimi qeyd edilib. Bu onu göstərir ki, sözügedən Telegram kanalının arxasında duran ən az qüvvə onu (Azərbaycan) İranın gələcək əyaləti kimi görür”.

Həmçinin yoxlayın

Qrossidən BMT-də İranın dünyaya yaratdığı nüvə təhlükəsi barədə ciddi xəbərdarlıq: Silah səviyyəsinə yaxın zənginləşdirilmiş 440 kiloqram uranın taleyi hələ də məlum deyil

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi 2026-cı il aban ayının 5-də, …

Məkkə Sazişi Türkiyə Böyük Millət Məclisindən keçib

GADTB: Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Məkkə Müdafiə İttifaqı ilk qanunvericilik mərhələsindən – …