Türkiyə ABŞ-a cavab olaraq Qibrisdə Bayraqdar PUA-ları yerləşdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Şimali Kiprdə pilotsuz uçuş aparatları (PUA) yerləşdirib və adaya yeni silahların çatdırılmasını istisna etmir. Bu barədə Türkiyə prezidenti RəcəbTayib Ərdoğan deyib.

“Türkiyə Şimali Kiprdə pilotsuz uçuş aparatları, o cümlədən zərbə PUA-ları yerləşdirib. Mən adaya yeni silahların çatdırılmasını istisna etmirəm. Bu, bizim haqqımızdır. Biz Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) bütün istiqamətlərdən tam şəkildə təmin etməliyik”, – Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, bu, Türkiyənin ABŞ-ın Yunan Kiprə silah embarqosunu ləğv etmək qərarına ilk reaksiyası olub.

Ərdoğan Şimali Kiprin Kərpaz yarımadasında yeni türk hərbi bazasının yaradılması ehtimalına da münasibət bildirib. O, hərbi baza yaratmaq qərarından asılı olmayaraq, bu gün Türkiyədən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələrinin ən qısa zamanda adaya çata biləcəyinə diqqət çəkib.

“Bu məsələdə də heç bir problem yoxdur”, – prezident vurğulayıb.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası İranda mətbuat azadlığına qoyulan məhdudiyyətləri sərt şəkildə tənqid edib

GADTB: Təşkilatın yüz illik yubileyini qeyd etmək üçün Parisdə keçirilən Dünya Konqresində qəbul edilən və …

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …