Molla rejiminin Təbrizdə həbs etdiyi azərbaycanlı gənc Şəhriyar Cəfərinin həyatı təhlükə qarşısındadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdə həbs etdiyi azərbaycanlı gənc Şəhriyar Cəfəri 20 gündən artıq dövrdə həbsdə olduqdan sonra onun barəsində narahatedici xəbərlər yayılır. Yayılan məlumata görə molla rejiminin ETTELAAT İdarəsindəki məmurları azərbaycanlı fəalı ciddi şəkildə işgəncə edirlər.

Bildirilir ki, rejimin məmurları fəalın başını və üzünü ayaqlayıb, kəlfətinlə onu işgəncə edib, barmaqlarını sındırıblar.

Təbrizdə Saib küçəsində yerləşən molla rejiminin ETTELAAT İdarəsinin həmin şöbəsində işgəncə altında saxlanılan fəalın həyatının təhlükədə olduğu bildirilir.

Azərbaycanlı fəallar molla rejiminin məmurlarına xəbərdarlıq edərək, onların kimliyinin müəyyənləşdirilib, gələcəkdə cəzalandırılması üçün yayacaqlarını bildiriblər.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …