Molla rejiminin həbs etdiyi azərbaycanlı xanım fəal Nazənin Zəhra Çəməninin taleyindən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdə keçirilən etiraz aksiyalarda yaxaladığı azərbaycanlı xanım fəal Nazənin Zəhra Çəməninin taleyindən xəbər yoxdur.

15 gün əvvəl Təbrizdə həbs edilən azərbaycanlı gənc fəal 18 yaşlı Nazənin Zəhra Çəməninin nədə ittiham olunduğu və harada saxlanıldığı barədə ailəsinə məlumat verilmir.

Azərbaycanlı xanım fəalın ailəsinin aidiyyəti orqanlara müraciətləri də cavabsız qalıb. Bu da ciddi narahatlığa səbəb olub.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …