Çərşənbə , Oktyabr 28 2026
azfa

ABŞ: İran Ermənistana PUA verməyə hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə-Azərbaycan birliyinin güclənməsi və İsrailin Qafqazda artan nüfuzunun qarşısını almaq üçün İran Ermənistana PUA verməyi planlaşdırır.

Bu haqda ABŞ-ın “Jamestown Foundation” analitik mərkəzi məlumat yayıb.

“Tehran Bakını regiondakı maraqlarına uyğun addımlar atmağa inandıra bilmədiyi üçün Azərbaycana qarşı “məcburetmə taktikası”na əl atıb. Görünür, Bakının barışmazlığına cavab olaraq İran Qafqaz sülh prosesini pozmaq üçün Azərbaycanın rəqibi Ermənistana PUA-lar vermək istəyir. Tehranın Zəngəzur dəhlizi layihəsindən imtina etmək, eləcə də Təl-Əvivlə tərəfdaşlığını dayandırmaq üçün Bakını “qorxutmaq” cəhdləri əks nəticə verib”.

Qeyd edək ki, bir müddət əvvəl Tehran Respublikası Ermənistana külli miqdarda tank əleyhinə raketlər hədiyyə etmişdi.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …