Cümə axşamı , Oktyabr 22 2026
azfa

Rus qüvvələri Xankəndi-Laçın yolundan etiraz edən azərbaycanlıların qarşısından barrikada götürüb, BTR apardılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə  Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

Aksiyanın 8-ci günündə yeni hadisələr yaşanıb.

Belə ki, aksiya iştirakçılarının verdiyi məlumata görə, rusiyalı sülhməramlılar sözügedən ərazidə quraşdırdıqları barrikadanı aradan götürüblər. Bundan başqa, zirehli texnika olan BTR-i də ərazidən aparıblar.

Eyni zamanda, “humanitar yardım” adı ilə Laçın dəhlizindən Xankəndində keçmək istəyən 5 yük maşını yoxlanmağa icazə verilmədiyindən geri qayıdıb.

https://ok.ru/video/4460986436202

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …