Cümə , Oktyabr 23 2026
azfa

İraqda terror təşkilatı Sepah-a bağlı 16 bank boykot edildi

GADTB: Fransanın Le Fiqaro qəzeti ABŞ-ın SEPAH-a bağlı 15 İraq bankına qarşı yeni sanksiyalarına toxunaraq, İran bazarında dollar qıtlığının rialın dollar qarşısında vəziyyətini daha da pisləşdirəcəyini proqnozlaşdırıb.

Le Figaro-nun müxbiri Corc Malbruno yazıb ki, ABŞ sanksiyaları ilə hədəf alınan və hər həftə 100 milyon dollardan çox pulu qaçaqmalçılıq yolu ilə İran, Suriya, İordaniya və Türkiyəyə keçirən 15 İraq bankı bu ölkənin tanınmış siyasi liderlərinin ixtiyarındadır.

Le Figaro-ya görə, ABŞ bu 15 bankı boykot etməklə, əslində SEPAH-ın vacib maliyyə mənbələrindən birinin qarşısını kəsib.

İraqlı bir diplomat “Le Figaro”-ya bildirib ki, İraq Mərkəzi Bankı hər gün ölkədəki özəl banklara dollar satır və bu banklar alınan dollarları İrana köçürür.

Əslində, iraqlı diplomata görə, sanksiyalara məruz qalan İraq bankları qaçaqmalçılıq əməliyyatları ilə İraqın milli maraqlarına və iqtisadiyyatına zərər vuran SEPAH-ın vitrinidir./Azad İran

Həmçinin yoxlayın

Azərbaycanın “Traxtur” komandası qələbə qazandı; azarkeşlərdən irqçiliyə etirazı – VİDEO

GADTB: Azərbaycan “Traktor”u “Sənaye Nefti” komandası üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq yenidən qələbə yoluna …

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …