Cümə axşamı , Oktyabr 29 2026
azfa

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsunun təşkilatçılığı ilə Avstraliyada Xocalı soyqırımı ilə bağlı məlumat vərəqələri paylanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fevralın 25-də Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan və Qadın Hüquqları Departamentinin sədri sayın Sara xanım Azərsunun təşkilatçılığı ilə Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımı ilə bağlı məlumat vərəqələri paylanılıb.

Məlumatlandırma aksiyası Avstraliya-Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) təşəbbüsü ilə keçirilib. Aksiyada Avstraliya-Azərbaycan Assosiasiyası və GADTB-nin bir sıra üzvləri də iştirak edib.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …