Şənbə , Oktyabr 31 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal İbrahim Əhmədpur zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi Təbrizdə yaşayan azərbaycanlı mili-mədəni fəal İbrahim Əhmədpur zaminə buraxılıb.

Azərbaycanlı fəal 400 milyon tümən girov qoymaqla müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Azərbaycanlı fəalın “hökumət əleyhinə təbliğat”da ittiham edilib və onun məhkəmə işinin Təbrizdə rejiminin prokurorluğunun 7-ci şöbəsinin müstəntiqi Hadi Qəfuriyan tərəfindən araşdırıldığı bildirilir.

Qeyd edək ki, Təbriz Universitetinin siyasi elmlər ixtisasının öyrəncisi olan İbrahim Əhmədpur fevralın 27-də Şərqi Azərbaycanda Polis İdarəsinə çağrıldıqdan sonra həbs edilmişdi. Azrbaycanlı fəal Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin üzvüdüb və Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra təzyiqlərlə qarşılaşıb.

Azərbaycanlı fəal həmçinin 2019-cu ildə yanacağın qiymətinə qarşı başlayan etirazlar zamanı universitetin inzibatı komitəsinə çağrılaraq bir il təhsildən uzaqlaşdırılmışdı. Lakin bir müddət sonra həmin qərar ləğv edilmişdi.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycanlı uşağa Kayahan adına görə 94 gündür molla rejimi doğum haqqında şəhadətnamə vermir

GADTB: Təbrizdə rejimin Əhalinin Vəziyyətinin Qeydiyyatı İdarəsi türk mənşəli “Kayahan” adı ilə bağlı bir uşağa …