Şənbə , Avqust 22 2026
azfa

Avstraliya dövlətindən Sara xanım Azərsunun molla rejiminin Güney Azərbaycanda etirazçıları qətliam etməsinə dair məktubuna cavab -Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan və qadın hüquqları departamentinin sədri sayın Sara xanım Azərsunun molla rejiminin Güney Azərbaycanda dinc etirazçılara divan tutub, onları qətliam etməsinə dair Avstraliya xarici işlər naziri Penni Vonqa yazdığı məktuba Avstraliya dövləti tərəfindən cavab verilib.

Sara xanımın məktubuna Avstraliya xarici işlər naziri, senator Penni Vonqun adından hökumətin Xarici işlər və ticarət departamentinin ünvanladığı məktubda bildirilib ki, Avstraliya qəzəbləndirici davranışına və etirazçılara qarşı davam edən ölümcül və qeyri-mütənasib güc tətbiqinə görə açıq olaraq İran rejimini fəal və ardıcıl şəkildə pisləyib.

Bildirilib ki, Avstraliya hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Cinayət Məcəlləsi siyahısına daxil olunmasını və əməllərinə görə cavabdehliyini tələb edənləri yaxşı başa düşür. Lakin Cinayət Məcəlləsində nəzərdə tutulan siyahı dövlət subyektlərinə deyil, qeyri-dövlət subyektlərinə şamil edilir. İİKK isə tam olaraq İran dövlətinin tərkibinə daxildir və Cinayət Məcəlləsindəki terror təşkilatları haqqında müddəaların təsir dairəsinə düşmür: “Hökumət hesab edir ki, səfirliklər və diplomatik personal hökumətlər arasında rəsmi əlaqələri saxlamaq üçün vacibdir. Diplomatik əlaqələrimiz bizi narahat edən məsələlər, o cümlədən İranda insan haqlarının vəziyyəti ilə bağlı İran hökumətinə birbaşa müraciət etməyə imkan verir”.

Sayın Sara xanım Azərsunun məktubuna cavabın ingiliscə mətnini təqdim edirik:

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …