İşğalçı Ermənistanda mitinqlər davam edir, Paşinyan tərəfdarlarına müraciət etdi – Canlı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrəvanda Serj Sərkisyanın baş nazir olmasına qarşı etiraz aksiyalarının 9-cü günü başlayıb.

Axar.az xəbər verir ki, etirazçıların bu gün də İrəvandakı küçələrə bağlamağa cəhd edəcəkləri bildirilib. Aksiyaların lideri Nikol Paşinyan mitinqə İrəvanın 7-ci mikrorayonundan başlayacaq.

İrəvanda mitinqin ilk dəqiqələrindən etibarən polislə etirazçılar arasında gərginlik yaranıb. Polis yolu bağlamağa çalışan etirazçıları ərazidən uzaqlaşdırıb.

İrəvan polisinin rəis müavini Valeri Osipyan aksiyanın lideri Nikol Paşinyana yaxınlaşaraq, etiraz aksiyasının qanunsuz olduğunu açıqlayıb. O, Paşinyana insanların konstitusion hüquqlarını pozduğunu bildirib.

İrəvanda etiraz aksiyasının ilk dəqiqələrindən etibarən bir nəfər aktivist həbs edilib. Polislə etirazçılar arasında yaranan qarşıdurma zamanı polislərdən birinin vəziyyəti pisləşib.

Polis hazırda etirazçıların mitinqinə mane olmağa çalışır. Paşinyan tərəfdarlarına müraciət edərək, həbs olunacağı təqdirdə aksiyanın davam etdirilməsini istəyib.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın