Evin zindanında azərbaycanlı məhbuslar acınacaqlı vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanının 209-cu palatasında işgəncələrə məruz qalan azərbaycanlı milli fəal Mahmud Ocaqlu aclıq aksiyası keçirdiyi üçün səhhətində ciddi problemlər yaranıb.

Ocaqlunun 15 gündür ETTELAAT-da dindirildiyi bildirilir. Onun aclıq aksiyası Evin zindanının 4-cü bölməsinin 4-cü zalına köçürülməsi ilə başa çatıb.

Qeyd edək ki, Mahmud Ocaqlu keçən il Tehranda iş yerində rejimin məmurları tərəfindən həbs edilib və ona qarşı “rejim əleyhinə təbliğat” və “milli təhlükəsizliyi pozmaq niyyəti ilə konsensus və sövdələşmə” ittihamı irəli sürülüb. O, həbsdə olduğu müddətdə vəkillə təmin olunmayıb və onun ailəsi ilə görüşməsinə icazə verilməyib, həmçinin məhkəmə orqanları onun zaminə buraxılmasına mane olub.

Eyni zamanda Evin zindanında azərbaycanlı hüquq müdafiəçisi və yoqa üzrə təlimatçı Əli Rza Havəstanlının 6 aydan çoxdur Evin zindanının 209-cu bölməsində olduğu bildirilir. Ona qarşı irəli sürülən ittihamlarla bağlı hələ də məlumat yoxdur.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə rəsmi dəvətlə GAMOH-un qurultayına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …

19 May – Atatürkü Anma, Gənclər və İdman Günü münasibətilə Sidneydə festival keçirildi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türk Assosiasiyası, Azərbaycan …