Çərşənbə , Avqust 26 2026
azfa

Ərdəbildə təqaüdçülər etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbilli təqaüdçülər tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq Ərdəbil şəhər Dövlət Pensiya Fondunun binası qarşısına toplaşıblar.

Etiraz aksiyası Ali Təqaüdçülər Mərkəzinin çərşənbə axşamı “nəticə əldə olunana qədər” toplaşmaq çağırışından sonra keçirilməyə başlayıb.

Mədəniyyət Xadimlərinin Həmkarlar İttifaqları Təşkilatlarının Koordinasiya Şurasının məlumatına əsasən, aksiya zamanı təqaüdçülər:

“Hökumət xəyanət edir, parlament dəstəkləyir”, “Təqaüdçü hayqır, haqqını almaq üçün fəryad et”, “Həbsdə olan müəllimlər azad edilməlidir”, “Ölərik, ölərik, alçaqlığı qəbul etmərik!” – kimi şüarlar səsləndiriblər.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …