Cümə axşamı , Oktyabr 22 2026
azfa

Çingiz Mehdipur medalla təltif olunub

azərbaycanlı aşıq və “Dalğa” qrupunun rəhbəri Çingiz Mehdipur deyib ki, 7-8 ay bundan öncə mənə zəng edib, medal verəcəklərini demişdilər və təqdimatı tədbirlərin birində olmalı idi. Bu yaxınlarda Gəncəyə dəvət olundum. Orada məni təltif etdilər.

Tanınmış azərbaycanlı aşıq və “Dalğa” qrupunun rəhbəri Çingiz Mehdipur ona təqdim edilən medal haqqında məlumat verərkən deyib:

“Zərifə xanım Əliyevanın 100 illiyi ilə bağlı tədbir təşkil olunmuşdu. Bir çoxları təltif olundu. Mənə isə “Üzeyir Hacıbəyov” fəxri medalı təqdim olundu. Bu medal dahi Azərbaycan bəstəkarı Üzeyir bəyin adını daşıyır və birinci dərəcəli medaldır. Təqdimatdan sonra bir neçə xalq mahnısı da ifa etdim”.

Tanınmış aşıq yeni layihələr üzərində işlədiyini bildirib:

“Yeniliklər var, lakin vaxtı çatanda açıqlama versəm yaxşıdır. Onu deyə bilərəm ki, yaxın zamanlarda bir konsertimiz olacaq”.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …