GADTB-nin Əbülfəz Elçibəyin anım günü münasibətilə bildirişi

GADTB: bu gün 22 avqust Bütov Azərbaycan İdeyasının banisi, Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, böyük şəxsiyyət və Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin vəfatının ildönümüdür.

Əbülfəz Elçibəyin Quzey və Güney Azərbaycanın milli oyanışı və Bütöv Azərbaycan ideyasının yayılmasında müstəsna xidmətləri olmuşdur. Türk kimliyin Bütöv Azərbaycan və Türk Dünyasında bərpası və çiçəklənməsində də Elçibəyin müstəsna xidmətləri olmuşdur.

Əbülfəz Elçibəyin ən əsas fərqləndirici özəlliyi tam sədaqət və səmimiyyətlə Bütov Azərbaycan İdeyasına qulluq etməsi və Güney Azərbaycanı Bütöv Azərbaycanın və Türk dünyasının birliyinin açarı kimi səciyyələndirməsi idi. “Bütöv Azərbaycanın yolu Təbrizdən keçir” şüarı ilə Güney Azərbaycanın əsarətdən qutulması ideyasını gündəmə gətirən və bu ideya ilə ilk rəsmi şəxs kimi tarixə düşən Əbülfəz Elçibəy bütün azərbaycanlıların fikir və düşüncə atası kimi hər zaman qəlblərdə yaşayacaq. Müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin davamı olaraq dövlət rəmzlərini müəyyənləşdirən, Azərbaycanın bütövləşməsi uğrunda hərəkatın istiqamətini müəyyən edən Elçibəy Azərbaycan türk millətinin əbədi lideri olaraq qalacaq.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Güney Azərbaycanın istiqlalı, bütöv Azərbaycanın yaranması və Türk Dünyasının birliyi və həmrəyliyi uğrunda Elçibəy yolu və ideyalarına sadiq qalaraq, bu yolu davam etdirir və Elçibəy ideyalarının gec-tez gerçəkləşəcəyinə inanır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Urmiya gölü ətrafındakı ağaclar talan edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ekofəal Behzad Nəbi Qədim bitkilərin tozlanmasında vacib …

Beynəlxalq Əfv Təşkilatı məcburi hicabla bağlı İrana çağırış edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı İranda məcburi hicab qaydalarının tətbiqi …