Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal girov qarşılığında zaminə buraxılıb.

Həbsdə olan azərbaycanlı fəal Sabir Hüseynzadə noyabrın 23-ü axşam saatlarında Təbrizdə rejimin zindanından zaminə buraxılıb.

Təxminən bir ay öncə İranın ETTELAAT İdarəsinin təcridxanasından Təbriz mərkəzi həbsxanasının karantin bölməsinə köçürülən Sabir Hüseynzadənin hansı ittihamla həbs edilməsi və zaminə buraxılması üçün təyin edilən girov məbləği bəlli deyil.

Qeyd edək ki, son iki ayda irqçi fars-molla rejimi Güney Azərbaycanda çox sayda azərbaycanlı fəalı həbs edib.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …