Cümə , Avqust 28 2026
azfa
Qaynar xəbər

İsrail Suriyada İran adlanan ölkənin hücumundan sonra rejimin hərbi obyektini darmadağın etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Suriyada İran adlanan ölkənin hücumundan sonra rejimin hərbi obyektini darmadağın etdi. Bu barədə informasiyanı İsrailin Müdafiə Nazirliyi yayıb. Nazirlik aviazərbələrə məruz qalan obyektlərin Əl Qüds briqadasına aid İranın Dəməşqin şimalında yerləşən hərbi düşərgəsi, müşahidə məntəqəsi, həmçinin digər mövqeləri olduğunu bildirb. Hücum nəticəsində həmçinin İsrailə hücum üçün istifadə edilən avtomobil də məhv edilib.

Məlumatda vurğulanır ki, Qolan ərazisini “Qrad” və “Fəcr-5” raketləri ilə atəşə tutan maşınlar da məhv edilib.

Rəsmi Təl-Əviv hücumdan öncə Rusiyanı xəbərdar etdiklərini bildirib. Suriya rəsmiləri isə ölkə ərazisinə atılan raketlərin böyük hissəsinin məhv edildiyini açıqlayıblar.

Qeyd edək ki, İranın tabeliyi altından olan qüvvələr Suriya ərazisindən İsrailin Qolan təpələrindəki mövqelərinə raket zərbələri endiriblər.

Bunu jurnalistlərə açıqlamasında İsrail Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Konrikus deyib. Onun sözlərinə görə, hücumu Qüds briqadası təşkil edib.

O, İsrail ərazisinə 20 raketin buraxıldığını və “Dəmir Gümbəz” hava hücumundan müdafiə sisteminin onların hamısının qarşısını aldığını bildirib.

Qeyd edək ki, Qüds briqadasına məşhur İran generalı Qasım Süleymani rəhbərlik edir.

 

Həmçinin yoxlayın

Vaynet: İqtisadi böhran və tərəfdarlar arasındakı narazılıq İran İslam Respublikasını təzyiq altında saxlayır

GADTB: İsrailin “Vaynet” xəbər saytı yayımladığı təhlildə İran İslam Respublikasının ən mürəkkəb böhranlarından biri ilə …

Azərbaycanlı fəal Mir Məhəmmədrza Müvəhhidin Təbriz Mərkəzi Həbsxanasının 3-cü ümumi bölməsinə köçürüldüyü bildirilir

GADTB: Azərbaycanlı milli fəal Mir Məhəmmədrza Müvəhhid hökmünün icrası üçün müraciət etdikdən sonra Təbriz Mərkəzi …

Bir cavab yazın