Çərşənbə , Oktyabr 21 2026
azfa

Tehranda erməni qadın anti-türk əsərini sərgiləyib

GADTB: İran hökuməti hər gün minlərlə turistin ziyarət etdiyi Tehranın Gülüstan sarayında erməni qadının qərəzli və anti_türk əsərini nümayiş etdirib.

Belə ki, erməni qadın çəkdiyi qərəzli xəritədə Qərbi Azərbaycan əyalətini kürd bölgəsi kimi qələmə verib və əyalətin hər bir məntəqəsində 6 nəfərin kürd geyimində rəsmini çəkib.

Erməni sənətçi habelə Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində naməlum geyimdə üç nəfərin rəsmini çəkib. O, Güney Azərbaycanın Zəngan, Həmədan, Qəzvin əyalətlərində və Kərəc şəhərində isə türk geyimində olan heç kəsi çəkməyib. O, Xəzər dənizinin də adını təhrif edərək qondarma “Mazandaran dənizi” adlandırıb.

Əsərin altında yazılıb: “Bu tablo Tehranda İsfahan ermənilərinin ailəsində doğulmuş Klara Abkar adlı İran əsilli erməni qadının əsəridir”. / Azad İran

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …