Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Təbrizdə Ana Dili Günü münasibətilə Azərbaycan türkcəsində kitablar paylanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbrizdə şəhərində Güney Azərbaycan Milli Hərəkatının fəalları 21 fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə azərbaycanlı şagirdlər arasında Azərbaycan türkcəsində hekayələrdən ibarət kitablar paylayıblar.

“Kimlik qalamız, ana dilimiz” şüarı altında keçirilən mədəni aksiya ilə azərbaycanlı fəallar rejimə irqçi siyasətinə görə öz etiraqzlarını bildiriblər.

Qeyd edək ki, müstəmləkə siyasəti yeridən irqçi fars-molla rejimi Azərbaycan türkcəsini qadağan etməklə Azərbaycan türk millətini bir millət kimi məhv etmək istəyir.

İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 44 ildır ki, bu prinsipin həyata keçirilməsinə mane olur və on milyonlarla azərbaycanlını ana dilində təhsil hüququndan məhrum edir.

Həmçinin yoxlayın

ABŞ SEPAH-ın beş əsas komandiri barədə məlumat üçün 10 milyon dollara qədər mükafat elan edib

GADTB: ABŞ Dövlət Departamentinin “Ədalət üçün Mükafat” proqramı SEPAH-ın bir sıra əsas komandirləri barədə məlumat …

“Traxtur” komandası “Perspolis”ə qalib gəlib

GADTB: “Traxtur” komandası İran futbol üzrə Premyer Liqasının üçüncü turunun ən prinsipial qarşılaşmasında Təbrizin Səhənd …