Vahid Müstəqil Azərbaycan Cəbhəsi Güney Azərbaycan İstiqlalçılar Birliyinə qoşuldu

GADTB: Dünən 2018-ci il may ayının 19-da İsveçin Stokholm şəhərində Güney Azərbaycan İstiqlalçılar Birliyinin iclası keçirilib. İclasa Birliyə daxil olan GADTB, GAİP və GAMYT-nin rəhbərliyi, eləcə də birliyə yenicə qoşulan VMAC-nin rəhbərliyi qatılıb.

İclasda Kanada, Norveç, Finlandiya, Almaniya və s. ölkələrdən təşkilat rəsmiləri iştirak edirdi. İclasa GADTB təşkilatından GADTB başqanı Əjdər Tağızadədən başqa həmin təşkilatdan GADTB Siyasi Departamentin sədri sayın Eldar Qaradağlı və GADTB Təşkilat məsulu sayın Atabəy Nəcəfpur da iştirak etmişlər.

Keçirilən iclasda Güney Azərbaycan İstiqlalçılar Birliyinə rəsmən Vahid Müstəqil Azərbaycan Cəbhəsi də qoşuldu.

İclasda Güney Azərbaycan İstiqlalçılar Birliyinin nizamnaməsi, əsasnaməsi və gerbi qəbul edilib, saytı hazırlanıb, hələlik həftədə bir gün olmaqla internet Tv-sinin işə başlaması qərara alınıb.

Həmçinin iclasda Güney Azərbaycan İstiqlalçılar Birliyinin dost ölkələrdə yaxın aylarda tədbirlər keçirəcəyi qərara alındı.

İclas çərçivəsində Birliyin qeyri-fars millətlərin təşkilatları ilə əməkdaşlığının genişləndirilməsi nəzərə alınıb. Görüşlərin Avropa və Amerika qitələrində keçiriləcəyi nəzərədə tutuldu.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın