Cümə , Avqust 21 2026
azfa

Tokio İran adlanan ölkənin yaratdığı problemlə əlaqədar London və Amsterdamla əməkdaşlıq edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yaponiya, Böyük Britaniya və Niderlandın xarici işlər nazirləri İran adlanan ölkənin nüvə proqramı ilə əlaqədar regionda vəziyyətin sabitləşməsi məqsədilə sıx əməkdaşlıq edəcəklərini bildiriblər.

Yaponiya xarici işlər naziri Taro Kono niderlandlı həmkarı Stef Blok və Böyük Britaniyanın xarici işlər naziri Boris Conson ilə Buenos-Ayresdə keçirilən G20 sammiti çərçivəsində görüşüb. Tərəflər İranın nüvə razılaşması ilə əlaqədar qarşılıqlı fikir mübadiləsi apararaq regionda vəziyyətin sabitləşməsi üçün sıx əməkdaşlıq barədə razılığa gəliblər.

Qeyd edək ki, İranın nüvə proqramı ilə əlaqədar əldə edilən razılaşma ətrafında vəziyyət mayın 8-də ABŞ prezidenti Donald Trampın ölkəsinin həmin razılaşmadan çıxdığını elan sdib. İran adlanan ölkə nüvə proqramını davam etdirmə, dünyada terroru dəstəkləmək və regionda sabitliyi pozmaqda ittiham olunur. Bununla bağlı ağır sanksiyalar tətbiq edilib.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …

Bir cavab yazın