Bazar ertəsi , Oktyabr 26 2026
azfa
Qaynar xəbər

ABŞ irqçi fars rejimə qarşı sanksiyaları pozanlara xəbərdarlıq etdi

GADTB: BMT Təhlükəsizlik Şurasının İranla bağlı iclasından sonra jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, əgər Avropa Birliyi İrana qarşı ABŞ sanksiyalarını pozsa, o zaman ABŞ tədbirlər görə bilər.

“Bu sanksiyalarda bir sıra istisnalar var. Əgər AB-nin İranla ticarəti bu istisnalarla əlaqədar olsa, biz sanksiyalar tətbiq etməyəcəyik. Əgər bizim məhdudiyyətlərimizə qarşı hansısa pozuntular olsa, o zaman biz istənilən tərəfə qarşı sanksiya tətbiq etməyə hazırıq”, – deyə o bildirib.

O, dünyanı İranın ballistik raket sınaqlarına qarşı diqqətli olmağa da çağırıb:

“Təhlükəsizlik Şurasının nüvə silahının yayılması riskinə qarşı ciddi yanaşmaq vaxtı çatıb. Biz buna müqavimət göstərmək üçün hər şeyi etməyə hazırıq. Bunun üçün ABŞ-ın rəhbərliyi ilə koalisiya yaratmağa hazırlaşırıq. Bu gün Təhlükəsizlik Şurasının 11 üzvü İranın raket sınaqları ilə bağlı narahat olduğunu bildirib ABŞ-a qoşuldu”.

 

Həmçinin yoxlayın

Qaşqayların ənənəvi geyimləri Türkiyədə keçirilən beynəlxalq konfransda Türk dünyasının tarixi kimliyinin və mədəni irsinin bir hissəsi kimi təqdim olunub

GADTB: Qaşqay türkü olan tədqiqatçı Altay Qaşqay Türkiyədə keçirilən beynəlxalq konfransda elmi məruzə ilə çıxış …

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

GADTB: Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb. Mətbuatda tatılan məktubun mətnini təqdim …

Bir cavab yazın