Bazar , Avqust 30 2026
azfa

ABŞ Maliyyə Nazirliyi İran nefti və neft-kimya məhsullarının satışına verilmiş icazəni ləğv etdi

GADTB: ABŞ-ın Maliyyə Nazirliyi iyulun 7-də açıqlayıb ki, İrana neft və neft-kimya məhsullarını satmağa imkan verən ümumi lisenziya ləğv edilib.

Bununla yanaşı, adı açıqlanmayan bir amerikalı rəsmi Hörmüz boğazında İranın fəaliyyətini “tamamilə qəbuledilməz” adlandıraraq bildirib ki, bu strateji su yolunda neft tankerlərinə hücumlardan sonra Tehran bunun nəticələri ilə üzləşəcək.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, iyunun 21-də verilmiş və İran İslam Respublikasına avqustun 21-dək xam neft və neft-kimya məhsullarını ixrac etməyə icazə verən güzəşt qərarı ləğv olunub.

Nazirlik eyni zamanda əvvəllər bağlanmış müqavilələr üzrə əməliyyatların başa çatdırılması üçün Wmumi lisenziya X-1 adlı yeni ümumi lisenziya verildiyini açıqlayıb. Bu lisenziya ABŞ-ın Şərq vaxtı ilə iyulun 17-si saat 00:01-dək qüvvədə olacaq. Şərt ondan ibarətdir ki, sanksiyaya məruz qalan şəxslərə ediləcək bütün ödənişlər ABŞ daxilindəki bloklanmış və faiz hesablanan bank hesabına köçürülsün.

Yeni lisenziyaya əsasən, bu gündən — 7 iyul 2026-cı ildən etibarən alıcılara İranın xam nefti, neft-kimya məhsulları və digər neft məhsullarının alınması, yüklənməsi və ya bu sahədə yeni müqavilələrin bağlanması qadağan edilir.

Vaşinqton və Tehran arasında müharibənin dayandırılmasına dair son anlaşmadan əvvəl İranın neft ixracı ABŞ sanksiyalarına məruz qalırdı. Bu sanksiyalar nəticəsində Cənubi Koreya, Hindistan və Yaponiya da daxil olmaqla bir çox Asiya ölkəsi İrandan neft idxalını dayandırmışdı. Son illərdə İran neftinin əsas alıcısı əsasən Çin olub.

Həmçinin yoxlayın

ABŞ İraq Kürdüstanındakı peşmərgələrə hərbi yardımı dayandırmaq niyyətindədir

GADTB: BBC-nin yayımladığı hesabata görə, Donald Tramp administrasiyası İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə göstərilən ABŞ …

Urmiya gölündə köçəri quşların heyrətamiz görüntüləri yayılıb

GADTB: Güney Azərbaycanın Urmiya gölünün adalarında həyat canlanıb. Köçəri və yerli quşlar gölün üzərindən uçaraq …