Cümə axşamı , İyun 25 2026
azfa

ABŞ nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində 8 milyard dollarlıq sazişlər imzalanıb

GADTB: ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.

Bunu ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqunun yekunlarına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.

ABŞ rəsmisi bildirib ki, tərəflər regional sülh, enerji təhlükəsizliyi, ticarət və rəqəmsal infrastruktur sahələrində əlaqələri genişləndirmək niyyətindədirlər.

Kaleb Orr vurğulayıb ki, nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində SOCAR və ABŞ özəl sektoru arasında, eləcə də Azərbaycan İqtisadiyyat Nazirliyində ümumi dəyəri 8 milyard dollardan çox olan kommersiya sazişləri imzalanıb.

O qeyd edib ki, tərəflər enerji, kritik mineralların tədarük zənciri, regional nəqliyyat və tranzit marşrutları, aviasiya əməkdaşlığı, süni intellekt texnologiyalarının tətbiqi və Azərbaycanın rəqəmsal infrastrukturunun modernləşdirilməsi istiqamətlərində konkret layihələri müzakirə ediblər.

“ABŞ və Azərbaycan arasında münasibətlər inkişaf edir və bu, yalnız başlanğıcdır”, – Kaleb Orr əlavə edib.

Həmçinin yoxlayın

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı …