Cümə axşamı , Aprel 25 2024
azfa

ABŞ Yunanıstana İran neft tankerinə yardımın mənfi nəticələri olacağına dair xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinin Aznews.tv -yə istinadən yaydığı məlumata görə, ABŞ Dövlət Departamentinin rəsmisi avqustun 19-da Yunanıstan hökumətinə sərbəst buraxıldıqdan sonra Cəbəlüttariq sahillərində irəliləyən İran neft tanker ilə bağlı qəti mövqelərini bildirdiyini söyləyib.

Reuters-in verdiyi məlumata görə, rəsmi Vaşinqton adı dəyişdirilərək “Adrian Dərya-1” olan “Grace 1” super neft tankerinin Suriyaya neft daşıdığını bildirir.

Adı açıqlanmayan ABŞ Dövlət Departamenti rəsmisi, sözügedən neft tankerinə kömək etmək üçün edilən istənilən cəhdin “xarici terror təşkilatlarına dəstək” kimi qiymətləndiriləcəyini və potensial miqrasiya və hüquqi nəticələrinin ola biləcəyini vurğulayıb.

İran neftini daşıyan bu super neft tanker bazar günü axşam saatlarında 45 günlük saxlanıldıqdan sonra Cəbəlüttariqi tərk edib.

Reuters-in məlumatına görə, bazar ertəsi günü “Riffy Nateff” gəmisinin izləmə məlumatları gəminin Yunanıstanın Kalamata şəhərinə doğru hərəkət etdiyini və gələn bazar günü həmin limana çatacağını göstərir.

ABŞ rəsmisi həmçinin deyib: Neft tankeri Suriyaya neft daşımaqla İslam İnqilabı Keşikçiləri Korpusuna kömək edir və ABŞ İnqilab Keşikçilərini terror təşkilatı hesab edir.

O daha sonra ABŞ-ın Yunanıstan hökumətinə və bütün Aralıq dənizi limanlarına bu super neft tankerinə hər hansı yardımla bağlı qəti mövqeyini bildirib.

Qeyd edək ki, dünən ABŞ Ədliyyə Nazirliyi Cəbəlüttariq hökümətinə “Grace 1” super neft tankerinə “Suriyaya neft satmaq məqsədilə İnqilab Keşikçilərinə kömək və maliyyələşdirmək üçün ABŞ-ın maliyyə sistemindən qanunsuz istifadə etdiyinə görə” yenidən həbs qoymasını tələb edib. Lakin Cəbəlüttariq hökuməti bu tələbi qəbul etməyib və super tanker bazar günü axşam saatlarında limanı tərk edib.

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …

Bir cavab yazın