Cümə axşamı , Mart 28 2024
azfa

Albaniya yoxsa Oğuz Eli dövləti

GADTB: Dədə Qorqud dastanı Oğuzların ilk yazılı dastanıdır. Azərbaycan ərazisində yaşayan Oğuz soyarına aid edilən Kitab- i Dədə Qorqud dastanında Azərbaycan və Anadolunun doğusu Oğuz Eli kimi təsvir olunmuşdur. İslam dinin təsirindən öncə yarandığı bilinən dastan Albaniya dövləti ilə eyni dönəmə aiddir. Dastanda təsvir olunan döyüşlərlə Alban tarixində yer alan döyüşlər səsləşir. Ortaya belə bir sual çıxır bəs nəyə görə mənbələrdə Oğuz Eli dövləti yox, Albaniya dövləti olaraq keçir? Azərbaycan tarixşünaslığının qarşısında duran bir neçə önəmli məsələ var və bunlardan ən önəmlisi Azərbaycanın quzeyində hökm sürən dövlətin adının Albaniya yoxsa Oğuz Eli olmasını aşkara çıxarılmasıdır. Əgər bu dövlətin adı Oğuz Eli olubsa, niyə qaynaqlarda bilgi verilmir? Albaniya tarixinə aid əsas yazılı qaynaqların erməni-qravid dilində olması, Ərəb işğalı zamanı ilk Türk- Alban əlifbası ilə yazıya köçürülən Alban əlyazmalarının yandırılması və yandırılmazdan öncə erməni kilsə dilinə köçürülməsi bizə bu yöndə təsəvvürlər yaradır.

Erməni kilsə dilinə köçürənlər ola bilsin ki, bilərəkdən Oğuz Eli anlayışını çıxarmışlar. Lakin albanların türk dilli etnos olmaları bu fərziyyəyə də şübhə oyadır. Sovet hakimiyyəti vəya Çar hakimiyyəti dönəmində Oğuz Elinin qaynaqlaradan silinməsi fərziyyəsi var. Çünki Sovet tarixşünaslığı Albaniyanı Qafqaz dilli xalqların dövləti kimi təsvir edir və albanlar Qafqaz dilli tayfa olaraq yazılırdı. Ciddi araşdırmalar tələb edən bu mövzu tarixşünaslığımızın və tarixçilərimizin önündə dayanan bir nömrəli məsələ olmalıdır. Hər necə adlanmasından asılı olmayaraq bir şey hər kəsə məlum olmalıdır ki, bizim dönəmdən öncə IV yüzildə yaranan və bizim dönəmin VIII yüzilinə qədər yaşayan dövlət Azərbaycan Türk dövləti olmuşdur. Tariximizi qoruyaq və yaşadaq!

Xatırladım ki, yazılarımda ünlü Azərbaycan tarixçiləri Süleyman Əliyarlı, Qiyasəddin Qeybullayev və Firudin Cəlilovun əsərlərindən qaynaq kimi istifadə edirəm. Albaniya dövlətinin türk dövləti olmağını sübut etmək üçün Dədə Qorqud dastanına heç də ehtiyac yoxdur ki, o da qalsın dastanı buna alət edək. Albanların türk soylu olmağını dini görüşləri, adət və ənənələri, onları təsvir edən yazılarda antropoloji görkəmləri, Alban adlı tayfanın Kiçik Juzun əsas tayfalarından olması və Çin qaynaqlarında albanların Azebaijan kimi göstərilməsi, Aquen kilsə məclisində iştirak edənər arasında Manas adlı şəxsin iştirakı və Roma qoşununa qarşı döyüşən Alban hökmdarının adının Oroys, Oroz kimi qeyd edilməsi bunu böyük ölçü də sübut  edir. Bəli Oroys, Oroz. Plutarx Alban hökmdarını Oroys kimi, Appian Oroz, Oriz, Dion Kassi isə Oris kimi yazır. Oroys, Oroz Dədə Qorqud dastanında Qazan xanın oğlu Uruzun, Firdövsinin şahnamə əsərində qeyd etdiyi Alp Arus adlarının fonetik şəkili ola bilməzmi? Əlbəttə ki, ola bilər. Dədə Qorqud dastanında Roma və Sasanilərlə eyni zamanda Bizansla aparılan savaşlar haqqında bilgi verməsə belə, Quzeydən gələn tayfalarla savaşları qeyd edir. Musa Kalantkarlı da bu savaşları qeyd etmir mi? Dədə Qorqud dastanını təkcə Azərbaycan və Anadolu ilə əhatə etməmişik, yazı da bizə lazım olan məqamları, bu bölgələrdə yerləşən yer adlarını  istinad kimi qeyd etmişik. Oğuzların bir sıra boylarının Azərbaycana sonradan köç etmələrini qəbul edirik, lakin oğuzlar tamamilə gəlmə deyillər. Monqolların Gizli Tarixi əsərində Bayat tayfasının Urmu gölü hövzəsindən gəlmələri vurğulanır. Çar Rusiyası dönəmində Abbasqulu ağa Bakıxanovun “Gülüstan-i İrəm”əsəri mükəmməlliyinə görə çap etdirilmədi elə deyilmi? Azərbaycan xalqına qarşı aparılan şovinist siyasət Sovet dönəmində daha da gücləndi. Albaniya dövləti ilə bağlı elmi araşdırmalar aparmaq üçün icazə yalnız ermənilər üçün veriliridi. Bu saxtakarlığa qarşı ilk dəfə Ziya Bünyadov bayraq qaldırdı daha sonra Fəridə Məmmədova, Süleyman Əliyarlı, Qiyasəddin Qeybullayev bu sıraya qoşuldular. Ermənilər təbii ki, Qafqaza gəlmədilər bunu təkzib edən heç bir söz  yazımızda yox idi. Ermənilər Kiçik Asiyaya Friq adı ilə gəlmişlər. Onlar nə Hay, nə də Armendirlər. Armen ( erməni ) və Hay adlarından ilk dönəmlərdə  istifadə etməmişlər. Sonradan Hay etnik adını qəbul etmişlər. Ərəb xəlifəsi Əbdül Rəhmana məktub yazan hay keşişi İlya Alban kilsəsinin bağamsızlığına son verilməsində böyük rol oynamış və ərəblər tərəfindən Alban yazıları, kitabələri yandırılmazdan öncə kilsə dilinə tərcümə etdirmişdir. Dədə Qorqud böyük qaynaq həm də dastandır, burda miflərə təbii ki, yer veriləcək. Hal-hazırda bu məsələ tarxişünaslığımızın ən böyük araşdırma predimetlərindən biridir. Bizə qəbul elətdirilən əsgimiş və əsassız konsepsiyaları artıq beynimizdə silib atmağın vaxtı çoxdan gəlib çatmışdır. Tariximizi qoruyaq və yaşadaq!

sonuncuesr.com

 

Həmçinin yoxlayın

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Urmiya bələdiyyəsi voleybol üzrə Premyer Liqanın final mərhələsinə yüksəlmək ərəfəsindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,Urmiya Bələdiyyəsinin voleybol komandası bu axşam Premyer Voleybol Liqasının …

Bir cavab yazın