Bazar ertəsi , May 19 2025
azfa

Anadoluda eramızdan əvvələ aid türk izləri aşkarlanıb

GADTB-nin Mətbuat Mərkəzinin Kult.az-a istinadən yaydığı məlumta görə, Anadoluda eramızdan əvvələ aid türk izləri daşıyan qayaüstü təsvirlər və kurqan tipli məzarlar aşkar edilib. Bu barədə Atatürk Universitetinin tarixçi professoru Alparslan Ceylan məlumat verib.

Məlumata görə, tapıntılar Qarsdakı dağlardan birində aşkar edilib. Professor tapıntıların təhlükəsizliyinin tam təmin edilmədən yerlərinin açıqlanmayacağını bildirib. Qayaüstü təsvirlərin eramızdan əvvəl 3000-2000-ci illərə aid edildiyi qeyd olunub.

“Kurqanlar üçün Mədəniyyət Nazirliyindən qazıntı icazəsi alınacaq. Qayaüstü təsvirlər digər Orta Asiya və Qafqazdakı çağdaşları ilə qarşılaşdırılacaq. Mədəniyyət Nazirliyinin icazəsi ilə 10 il ərzində Şərqi Anadoluda araşdırmalar apardım. Monqolustan, Qazaxıstan, Qırğısıztan, Türkmənistan, İran və Azərbaycanda hər il tədqiqatlar aparıram. Əslində bir pazlın parçalarını tapıb birləşdiririk. Hər il yeni parçalar tapırıq. Anadoluda türk izlərini məhv etmək istəyənlər var. Boyunlarına fotoaparat asıb, özünü araşdırmaçı kimi qələmə verənlər yerlərini müəyyən etdikdən sonra gecə həmin tapıntıları məhv edir”, – Ceylan deyib.

Qeyd edək ki, Qərb mənbələri yanlış olaraq türklərin Anadoluya gəlişini 1071-ci ildə baş vermiş Malazgird döyüşü olaraq göstərir.

 

Həmçinin yoxlayın

Şirazda Qaşqay türkləri “Traxtur” komandasının qələbəsi ilə bağlı möhtəşəm şənlik qeyd ediblər

GADTB: Molla rejimin məmurlarının Şirazın Çəmran bulvarında şənlik mərasimi keçirilməsinə mane olmasına baxmayaraq, Qaşqaylar şənlik …

ABŞ dövlət katibi: “İranın nüvə silahı və ya İsraili təhdid etmək imkanı olmamalıdır”

GADTB: Dünən ABŞ dövlət katibi Marko Rubio vurğulayıb ki, Vaşinqtonun İranla bağlı siyasətinin son məqsədi …

Bir cavab yazın