GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə daha üç fəalı həbs edib. Əli Rayan, Sina İsmayili Cəvan və Məcid Paşa molla rejiminin məmurları tərəfindən Təbrizddə yaxalanıb. Hələlik yaxalanan gənclərin vəziyyəti və onların saxlanma yeri barədə məlumat əldə etmək mümkün olmayıb.
Ətraflı oxu »İran kəşfiyyatının yaratdığı silahlı birləşmə ifşa edildi
GADTB: İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilib. Bu barədə DTX məlumat yayıb. Məlumatda deyilir ki, İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq …
Ətraflı oxu »GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “Sepah qazdığı quyuya düşdü” mövzusunda çıxışı- Video
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Prime TV”-də “Sepah qazdığı quyuya düşdü” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında İran adlanan yerdə və Güney Azərbaycanda etirazların güclü şəkildə davam etməsi, molla rejiminin qadınlara və uşaqlara …
Ətraflı oxu »Molla rejimi azərbaycanlı öyrənci fəalı Pinar Şakiri məhkəməyə çağırıb
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Salmas şəhərindən olan azərbaycanlı milli fəal, şair və öyrənci Pinar Şakiri Xoy şəhərindəki rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinə çağırıb. Rejimin məhkəmənin elektron sistemi vasitəsilə Pinar Şakirə göndərilən çağırışda ona qarşı “Hökumətə müxalif qruplara üzv olmaq və hökumətə qarşı …
Ətraflı oxu »Təbriz Tibb Universitetinin öyrənciləri dünən maraqlı şüarla aksiya keçiriblər
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz Tibb Universitetinin öyrənciləri maraqlı şüarla aksiya keçiriblər. Onlar azərbaycanlı öyrənci hərəkatı fəalı Armita Pavirin oktyabrın 31-də Təbriz Universitetinin giriş qapısında yaxalanmasına etiraz ediblər. Öyrənci fəalın yaxalanmasından sonra universitetdə öyrəncilərin etiraz aksiyaları genişlənib. Bazar ertəsi aksiya keçirən azərbaycanlı öyrəncilərin susdurulması və aksiyanın …
Ətraflı oxu »Molla rejimi Təbrizdə azərbaycanlı qadın vəkil Negin Kəyanini həbs edib
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, azərbaycanlı vəkil Negin Kəyanini həbs edib. Azərbaycanlı vəkil iki həftə öncə yaxalansa da, onun həbsi barədə xəbər oktyabrın 31-i gecə saatlarında yayılıb. Azərbaycanlı vəkili Təbrizdə keçirilən etirazlara qatılaraq yaxalanan qadınları müdafi etməsi olub. Negin Kəyaninin …
Ətraflı oxu »Molla rejimini həbs etdiyi Davud Kabalını zindana köçürüb
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yaxaladığı Urmiyadan olan azərbaycanlı milli fəal Davud Kabalını oktyabrın 31-də rejimin Urmiyadaı zindanına köçürüb. Fəalın yaxalanarkən bərk döyüldüyü və sol əlinin barmaqlarının sındırıldığı, belindən ciddi zədə aldığı bildirilir. Qeyd edək ki, irqçi fars-molla rejimi oktyabrın 26-da həbs etdiyi azərbaycanlı milli …
Ətraflı oxu »İrandan Azərbaycana qarşı cəfəngiyyatı: “Tehranın Qafqaz yanaşması Bakını öz yerinə oturdacaq”
GADTB: Daim anti-Azərbaycan mövqeyi ortaya qoyan və SEPAH-a bağlı radikal “Javan Online” saytında İran eksperti Hadi Məhəmmədi həyasızcasına Azərbaycana dil uzadaraq yazır: “Rusiya prezidenti Putin dünən Azərbaycan Prezidentini və Ermənistanın baş nazirini bu iki ölkənin sərhədlərində sülhün bərqərar edilməsi və atəşkəsin ilk addımını yekunlaşdırmaq və faktiki olaraq NATO qüvvələrinin bir …
Ətraflı oxu »Güney Azərbaycan təşkilatlarından kürd qruplaşmalarının torpaq iddiaları ilə bağlı bildirş yayıb
Güney Azərbaycan təşkilatları İran Kürdüstan Demokrat Partiyasının Qərbi Azərbaycan torpaqları ilə bağlı ərazi iddialarına cavab verib. Bununla bağlı yayılan bəyanatda deyilir: “Pəhləvi və molla fars rejimlərinin son yüz ildə ölkə bölgüsü bəhanəsi ilə Güney Azərbaycanda fəal və məqsədyönlü siyasət yeritməsi, Azərbaycan türklərinin tarixi torpaqlarını parçalamaq istəyi hər kəsə aydındır. Eyni …
Ətraflı oxu »Məhəmməd Nejad Fəşafuyə zindanından girov qarşılığında zaminə buraxıldı
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin yaxaladığı azərbaycanlı öyrənci 500 milyon tümənlik vəsiqə girov qoymaqla məhkəməyə qədər zaminə buraxılıb. Şərif Universitetinin Hava-fəza öyrəncisi olan Məhəmməd Nejad Tehranın Fəşafuyə zindanından sərbəst buraxılıb. Hələlik fəalın nədə ittiham edildiyi barədə məlumat verilmir. Qeyd edək ki, Məhəmməd Nejad Güney Azərbaycanın …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi