Şənbə , Yanvar 18 2025
azfa

Avropalı türklər – qaqauzlar

GADTB: Türk xalqlarından olan Qaqauzların ümümi sayı 250 min nəfərdir. Çoxluq halında Moldova Respublikasında məskunlaşmışlar. Qaqauz dili türk dillərinin Oğuz qrupuna aiddir. Moldovada, Ukraynada, Ruminyada, Rusiyada, Yunanıstanda, Bolqarıstanda, Türkiyedə, Qırğızıstanda ve başqa ölkələrdə yaşayırlar.

Qaqauzların Milli Muxtariyyəti Qaqauizya 1924-cü ildə yaradılmışdır. Başqanları İrina Vlarx, Parlament sədri isə Anna Xarlamenkodur. Paytaxtı Komrat şəhəridir. Rəsmi dili Qaqauz, rus, rumın dilləridir. Sahəsi 1832 km, əhalisi 161 800 nəfərdir.

Qaqauz sözü “Göy Oğuz” sözünün dəyişilmiş formasıdır.

Qaqauzların bayrağında Bozqurd Qaqauzlar üçün mili bir simgedir. Bozqurd salamını ilk dəfə 1980-ci illərdə Ankaraya gələn Qaqauizya Mədəniyyət naziri Maria Marnuoviç tutmuşdur.

Qaqauzlar xristian dininə etiqad edir. Xristian Qaqauzlar Osmanlı zamanından Qurban bayramını qeyd edir. Heç bir dini xarakter daşımayan bu bayramda qoyun ətini buğdadan hazırlanan sıyıq ilə yeyirlər. Qaqauzların milli yeməkləri qovurma, mənə, paça kimi kulinariya nümunələridir.

Türkdilli xalq olan Qaqauzlar unutmaq olmaz ki, Qarabağ müharibəsi zamanında Azerbaycanı müdafiə etmişdir. Qaqauzlar :Biz din qardaşımız olan Rusiyayı deyil, qan qardaşımız olan Azərbaycanı seçdik.

Nicat Kamaloğlu

 

Həmçinin yoxlayın

Türkiyə ABŞ-ın Cənubi Kıbrıs (Kipr) Rum Rəhbərliyinə silah satma qərarını pisləyib

GADTB: Türkiyə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənubi Kıbrıs (Kipr) Rum Rəhbərliyinə silah satma qərarını pisləyib. …

Human Rights Watch: İranda edamlar şiddətlənib

GADTB: Ötən il İbrahim Rəisinin həlak olması və Məsud Pezeşkanın Prezident seçilməsindən sonra da, İranda …

Bir cavab yazın