Cümə , Dekabr 6 2024
azfa

Avstraliya Azərbaycan Assosiyası, GADTB və s. təşkilatların Avstraliyada erməni lobbisinin Azərbaycana qarşı layihəsi ilə bağlı müraciəti- məktub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiyası və GADTB-nin təşəbbüsü ilə Avstraliyada Azərbaycana qarşı erməni lobbisinin təxribatının qarşısını almaq məqsədilə Cənubi Uels vilayətinin parlamentinə (NSW Parliament) və İşçi Partiyasının (NSW Labor Part) lideri Jodi Mckayə məktub ünvanlanıb. 

Avstraliya Azərbaycan Assosiyası prezidenti və GADTB Beynəlxaq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oytanın verdiyi məlumata görə erməni lobbisinin təsiri altında olan Avstraliya İşçi partiyası, vaxtilə Dağlıq Qarabağa qanunsuz səfər etmiş deputatı vasitəsilə parlamentə Azərbaycana qarşı layihə təqdim etmişdir. Layihədə bildirilir ki, guya Azərbaycan Ermənistana ərazisinə hərbi təcavüz edib və Türkiyə də ona yardıma gəlmişdir ki erməniləri soyqırıma məruz qoysunlar.

Erməni lobbisinin Azərbaycana qarşı bu təxribatı isə Avstraliyada yaşayan azərbaycanlıların ciddi narahatlığına səbəb olmuşdur. Ona görə də Avstraliya Azərbaycan Assosiyası və GADTB-nin təşəbbüsü ilə bu ölkədə fəaliyyət göstərən bir neçə təşkilat Avstraliyada Azərbaycana qarşı erməni lobbisinin təxribatının qarşısını almaq məqsədilə Cənubi Uels Vilayətinin parlamentinə (NSW Parliament) və İşçi Partiyasının lideri Jodi Mckayə, eləcə də digər millət vəkillərinə müraciət ünvanlamışdır.

Müraciətdə Azərbaycanın deyil, əksinə Ermənistanın Azərbaycanın ərazilərinə hərbi təcavüz etdiyini, hətta Azərbaycan ərazilərinin işğal edilməsinə dair BMT 4 qətnaməsi də mövcuddur.

Həmçinin bildirlir ki, Avstraliya parlamenti rusların və onların əlində oyuncağa çevrilmiş ermənilərin yox, Avstraliyanın mənafeyini müdafiə etməlidir.  

Sayın Mikayıl Oyta bildirmişdir ki, millət vəkilləri ilə görüşüb və erməni təxribatının qarşısını almağa çalışacaqlar.

Məktubu aşağıdakı təşkilatlar imzalamışdır:

Avstraliya Azərbaycan Assosiyası

Avstraliya Türk Vəkillik İttifaqı

Avstraliya Ələvi Mədəniyyət Mərkəzi

Avstraliya Azərbaycan Mədəniyyət Birliyi

NSW Türk Birliyi Şurası

Şimali Kıbrıs Türk NSW Dərnəyi

Güney Azərbaycan Demokratik Türk Birliyi

Türk Qarasevən Folklor və Dostluq Cəmiyyəti

Türk Rifah Dərnəyi

Məktubun ingiliscə mətni:

Həmçinin yoxlayın

Suriyada müxaliflər Həmanı azad etdi

GADTB: “Heyət Təhrir əş-Şam” qruplaşmasının üzvləri Suriyanın Həma şəhərinə daxil olduqlarını açıqlayıblar. Əsəd rejiminə məxsus …

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya hadisələri ilə bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Suriya …

Bir cavab yazın