Azərbaycan İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib

GADTB: Azərbaycan Xarici İşlər Nazirliyi 23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində “məşəl yürüşü” zamanı Türkiyə bayrağının yandırılmasını pisləyib.

Bəyanatda bildirilib ki, Ermənistan hökuməti etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyanın qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi.

“Bu kimi qəbuledilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək göz yumulması tamamilə qəbuledilməzdir.

Ermənistanda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan faşist düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır.

Ermənistan hökumətini bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”, – XİN-in məlumatında deyilir.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Cəlal Derogər bir neçə saatlıq dindirilmədən sonra sərbəst buraxılıb

GADTB: Azərbaycanlı fəal Cəlal Derogər, şənbə günü, 6 tir tarixində Əhər şəhərində işlədiyi yerdə molla …

Sayın Əjdər bəy Tağızadə “Azərbaycan Səsi”ndə “ABŞ–İran danışıqları həlledici mərhələdə: Müharibə yenidən alovlanacaqmı?” mövzusunda çıxışı -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …